Alimlər Maskın “Starlink” peyklərindən zinhara gəldi: görün nəyə səbəb olur
Alimlər milyarder İlon Maskın “Starlink” peyklərindən şikayətlənirlər.
Yeni “Starlink” peyklərinin köhnə peyklərə nisbətən 32 dəfə daha çox radio müqavimət yaratdığı bildirilir.
Hollandiya, Britaniya, Fransa və digər ölkələrdən olan beynəlxalq astronomlar qrupu “Starlink”in kosmosdakı müşahidələrə mane olan güclü radio müqaviməti yaratdığını sübuta yetiriblər.
Bu barədə aparılan tədqiqat “Astronomy&Astrophysics” (A&A) elmi jurnalında dərc olunub. Araşdırma 19 iyul 2024-cü ildə LOFAR radio teleskopu ilə aparılıb. Müşahidələr zamanı komanda həm birinci, həm də ikinci nəsil peyklərdə təsadüfən elektromaqnit şüalanma aşkar edib.
Təhlil göstərib ki, ikinci nəsil peyklər birinci nəsillə müqayisədə 32 dəfə daha parlaq təsadüfi radio dalğaları yayır. Bundan əlavə, bu səviyyələr emissiyalar üçün müəyyən edilmiş beynəlxalq tənzimlənən hədləri və hətta yerüstü elektromaqnit uyğunluğu standartlarını potensial olaraq üstələyir.
Tədqiqatçılar vurğulayıblar ki, ikinci nəsil peyklər rabitəni yaxşılaşdırmaq üçün nəzərdə tutulsa da, radio emissiyaları astronomik müşahidələrin bütövlüyünə artan təhlükə yaradır.