Ali məktəblərdə tədris ili uzadıldı – ƏMR – FOTO

Baxılıb:236
Ali məktəblərdə tədris ili uzadıldı – ƏMR – FOTO

Azərbaycanın ali məktəblərində tədris ilinin müddəti 15 gün uzadılıb.
Bu barədə Təhsil nazirinin müavini Firudun Qurbanov əmr imzalayıb.
Belə ki, dərslər mayın 30-da deyil, iyunun 15-də bitəcək. İmtahanlar isə 15 iyunda başlayacaq və 13 iyulda başa çatacaq.
Buraxılış kursları istisna olmaqla digər tələbələrin dərsləri martın 27-də başlayacaq və mövcud akademik təqvimlə müəyyən edildiyi kimi mayın 30-dək deyil, iyunun 15-dək davam edəcək (15 gün – 2 həftə artırılır). Müvafiq olaraq imtahan sessiyasına mövcud akademik təqvimdə ayrılan həftələrin sayı 5 deyil, 4 həftə müəyyən edilib.
AzTimes.az


Abunəlik


One thought on “Ali məktəblərdə tədris ili uzadıldı – ƏMR – FOTO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir