Ali məktəblərə ixtisas seçimi başa çatdı: Qruplar üzrə vəziyyət – SİYAHI
Ali məktəblərin bakalavr pilləsinə qəbul olunmaq istəyən abituriyentlərin ixtisas seçimi başa çatıb.
Ümumilikdə 70299 abituriyent ixtisas seçimi edib.
Ən çox ixtisas seçimi edənlər I qrupdadır – 20056 nəfər.
Daha sonra III qrupun abituriyentləri gəlir – 18107 nəfər.
II qrupda 15130 nəfər, IV qrupda 5348 nəfər, V qrupda 8194 nəfər ixtisas seçimi edib.
Xatırladaq ki, bu il I qrup üzrə plan yeri 18386-dir.
II qrup üzrə plan yeri 13285, III qrup üzrə plan yeri 16067, IV qrup üzrə plan yeri 4100-dir.