Ali məktəblərə builki keçid balı belə müəyyənləşəcək – DİM
Dövlət İmtahan Mərkəzi (DİM) bu il ali məktəblərə keçid balının neçə formalaşacağı barədə açıqlama verib.
DİM-dən bununla bağlı bildirib:
“Keçid balı müsabiqə nəticəsində hər hansı ixtisas üzrə formalaşan və müvafiq ixtisasa ən aşağı balla qəbul olunan abituriyentin balına bərabər olan göstəricidir. Keçid balı müəyyən bir ixtisas üzrə müsabiqədə iştirak edən abituriyentlərin sayı, həmin ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələrindən asılı olaraq formalaşır”.