Akif Çovdarov da karantindən evə buraxıldı

Baxılıb:155
Akif Çovdarov da karantindən evə buraxıldı

Bu gün əfv olunan şəxslər ailələrinə qovuşub.
AzTimes.az-ın xəbərinə görə, 176 nəfər iki həftəlik karantindən sonra bu gün evə buraxılıb.
Qeyd edək ki, Prezident İlham Əliyev aprelin 6-da “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş yaşı 65-dən yuxarı 176 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.
Daha sonra həmin şəxslər karantində saxlanılırdı. Belə ki, pandemiyanın respublikanın müxtəlif bölgələrində yayılmasının müşahidə olunması və əfv edilən şəxslərin yaşayış yerlərinin 40-a qədər rayonu əhatə etməsi nəzərə alınaraq, əfv olunan şəxslər doğmalarının yanına getməzdən əvvəl ailə üzvlərinin də sağlamlıq durumu araşdırılırdı. Bu məqsədlə azad olunan şəxslər iki həftəlik istirahət mərkəzlərinin birinə yerləşdirilmiş və hər cür şəraitlə, o cümlədən qida və tibbi təminatla təchiz olunmuşdular.
Xatırladaq ki, əfv edilən şəxslər arasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov və MTN-in Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov da var.


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir