Akademiya ANS-i talan edir-TƏCİLİ
Məlum olduğu kimi ANS teleşirkəti öz işi zamanı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstiutunda yerləşirdi və bu elmi idarənin səmərli, məhsuldar işləməsi üçün çox iş görüb. ANS rəhbərliyi kirayə, təmir xərclərindən əlavə bu institutun alimlərinin tədqiqat üçün Azərbaycanın rayonlarına ezamiyyətə getməsi üçün qrantlar la ayırırdı.
Bu gün isə heç bir səbəb olmadan Akadlemiyanın əməkdaşları ANS-in əmlakını talan etməyə başlayıblar. Talan edilən əmlaklar sırasına avadanlıq və digər maddi sərvətlər daxildir. Ən başlıcası isə arxivdir və bu dəyərli faktlar toplusunun analoqu Azərbaycanda heç kimdə yoxdur. ANS-in arxivi Qarabağ müharibəsinin tarixçəsidir. Bu həm də Azərbaycanın dahi lideri Heydər Əliyevin Naxçıvana rəhbərlik etdiyi çətin illərin tarixçəsidir. Onda Bakıdan Heydər Əliyevin yanına ANS-çilərdən başqa heç kimi getmirdi.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşları niyə bunu edir, məlum deyil. Axı onlar yolkəsən quldur deyillər. Akademiyanın prezidenti Ramiz Mehdiyev özü zamanında dəfələrlə ANS-ə müraciət edib. Anlamırıq ki, nəyə görə bütün Azərbaycan üçün dəyər olan bu sərvəti məhz Akademiyanın əməkdaşları məhv edir? Onların əvəzinə biz utanırıq.
Talanı dayandıraq lazımdır! Düşünürük ki, hüquq-mühafizə orqanları öz sözünü deyəcək.