Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri Hicran Hüseynovanın çıxışı

Baxılıb:242
Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri Hicran Hüseynovanın çıxışı

Gündəliyin 16-cı məsələsi olan Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) barədə Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova məlumat verib.
Qeyd olunub ki, qanun layihəsinə təklif olunan dəyişikliyə əsasən, nikaha daxil olmaq istəyən tərəflərin tibbi müayinədən keçmələri barədə arayış elektron formada tərtib olunaraq, tibb müəssisəsi tərəfindən Səhiyyə Nazirliyinin və Ədliyyə Nazirliyinin müvafiq informasiya sisteminə ötürüləcək.
Bundan əlavə, layihəyə əsasən, nikahın ləğvi, etibarsız sayılması, habelə adın, ata adının və soyadın dəyişdirilməsi barədə məhkəmə qətnaməsindən çıxarış dərhal “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Ədliyyə Nazirliyinin müvafiq informasiya sisteminə ötürüləcək.
Vurğulanıb ki, qanun layihəsinin qəbulu sənədlərin təqdim edilməsi ilə bağlı problemlərin aradan qaldırılmasına və vaxt itkisinin azaldılmasına, bu əsasda vətəndaş məmnunluğunun artırılmasına səbəb olacaq.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

AzTimes.az


Abunəlik