Aİ Rusiyaya yeni “hücum” planlaşdırır – İyunun 20-də…
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı yeni sanksiyalar paketi üçün səsverməyə hazırlaşır.
Bu barədə “Politico” qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, Avropa İttifaqı Rusiyaya qarşı 18-ci sanksiyalar paketi üzrə irəliləyiş üçün siqnal gözləyir. Bildirilib ki, ABŞ da bu məsələyə müsbət yanaşsa, növbəti sanksiyalar paketi iyunun 20-də səsverməyə çıxarıla bilər.
Bundan əlavə, daha əvvəl Qərb rəsmilərinin ABŞ lideri Donald Trampdan bəzi addımlar gözlədiyi qeyd olunub. Bildirilib ki, rəsmilər Ukraynaya dəstək məsələsində bir neçə həftəlik qərarsızlıqdan sonra Tarmpın G7 sammitində Kiyevə yardımını qəti şəkildə bəyan edəcəyini gözləyir.
Qeyd edək ki, Ukrayna lideri Vladimir Zelenski ilə amerikalı həmkarı Donald Tramp G7 sammitində görüşə bilər.