Aİ Rusiyaya görə İranı cəzalandırdı: Yeni sanksiyalar

Baxılıb:58
Aİ Rusiyaya görə İranı cəzalandırdı: Yeni sanksiyalar

Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri bazar ertəsi keçirilən iclasda Rusiyaya ballistik raketlər tədarük etdiyinə görə İrana qarşı yeni sanksiyaların tətbiqi barədə razılığa gəliblər.

Bu barədə Almaniyanın DPA agentliyi Aİ diplomatlarına istinadən məlumat yayıb.

Aİ diplomatları Lüksemburqda xarici işlər nazirlərinin qərarından sonra bildiriblər ki, razılaşdırılmış cəza tədbirləri bu silahların istehsalı və tədarükü ilə məşğul olan şirkətlər, qurumlar və şəxslərə qarşı yönəlib.

Razılaşdırılmış həllin digər təfərrüatları hələlik məlum deyil. Dəqiq kimin sanksiyaya məruz qalacağı tezliklə Aİ-nin rəsmi jurnalında dərc olunacaq.


Abunəlik