Aİ-nin Ermənistandakı missiyası ABŞ nümayəndələri ilə görüşdü: Bu məlumatları ötürdülər
Avropa İttifaqının Ermənistandakı missiyası ABŞ Dövlət Departamentinin və ABŞ-ın Ermənistandakı səfirliyinin nümayəndə heyəti tərəfindən qəbul edilib.
Bu barədə missiya sosial şəbəkədə məlumat yayıb.
“Biz ABŞ-ın Ermənistandakı səfirliyinin və ABŞ Dövlət Departamentinin nümayəndə heyəti ilə görüşdən məmnunuq. Aİ-nin Ermənistandakı müşahidəçiləri son hadisələr və davam edən işimiz haqqında dəyərli məlumat verdilər”, – missiyanın “X” şəbəkəsindəki yazısında deyilir.