“Aİ 92″i nə qədər bahalaşıb? – YENİ QİYMƏT
Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında Tarif (qiymət) Şurasının 29 iyun 2024-cü il tarixində keçirilən növbəti iclasında “Aİ-92” markalı avtomobil benzininin və dizel yanacağının qiyməti tənzimlənib.
Bu barədə Tarif Şurasından məlumat verilib.
Bildirilib ki, “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 10 qəpik artırılaraq 1,10 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 20 qəpik artırılaraq 1 manat müəyyən edilib.
Qərarlar 1 iyul 2024-cü il tarixindən qüvvəyə minəcək.