“AĞLAYAN ZAMAN”- Vüsal Eyvaz yazır
Ömrüm boran olur, ömrüm çən olur,
Ürəyim dağ olur dağa tən olur,
Sözlərim içimdə sətəlcəm olur,
Bir şəhid anası ağlayan zaman.
İznsiz tökülür gözümdən yaşım,
Çiynimin üstündə durmayır başım.
Fəsilim dəyişir yay olur qışım,
Bir şəhid anası ağlayan zaman.
Coşan dəniz olsam, çağlaya bilsəm,
Quduz dərdlərimi bağlaya bilsəm.
Kişiyəm, qadıntək ağlaya bilsəm…
Bir şəhid anası ağlayan zaman.
Götür-qoy edirəm gör neçə kaşı,
Soyuğu bitmədi bu “qanlı qışın”.
İçimdə göllənir axan göz yaşım,
Bir şəhid anası ağlayan zaman.
Vüsal Eyvaz AzTimes.az