Ağdaşdatəşkil edilən toy mərasimlərində karantin qaydaları pozulub

Baxılıb:124
Ağdaşdatəşkil edilən toy mərasimlərində karantin qaydaları pozulub

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlar tərəfindən şadlıq saraylarında və fərdi evlərdə təşkil edilən toy mərasimlərində yoxlamalar aparılıb, bəzilərində qaydaların pozulduğu aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzTimesaz.az-a verilən məlumata görə, “Samir” şadlıq sarayında təşkil edilən toy mərasimində məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilmədiyi, “Ümid” restoranında isə mərasimdə iştirak edən qonaqların müəyyən edilən say həddindən artıq olduğu müəyyən edilib. Həmin obyektlərin icarədarları Səbuhi Mustafayev və Sadiq Məmmədov inzibati məsuliyyətə cəlb olunaraq cərimələniblər.           Həmçinin, rayonun Yenicə, Aşağı Nematabad, Qaradeyin,Qarasuqumlaq,Pirkəkə, Qobuüstü və Kotavan kəndlərində fərdi evlərdə təşkil edilən toy mərasimlərində 50 nəfərdən artıq qonağın iştirak etdiyi aşkarlanıb. Həmin toy sahibləri barəsində də qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.


Abunəlik