Ağdaşda COVID pasportu olmayan qonaqların saraya girişinə icazə verilməyib
Ağdaşda COVID pasportu olmayan qonaqların saraya girişinə icazə verilməyib
Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şadlıq saraylarında təşkil edilən toy mərasimlərində keçirilən yoxlamalar zamanı qonaqlardan bəzilərinin COVID-19 pasportu olmadığı müəyyən edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzTimes.az-a verilən məlumata görə, “Ağ saray”, “İnci”, “Ümid” və “Səma” şadlıq saraylarında mərasimə dəvət edilən qonaqlardan 50-sinin “COVID” pasportu olmadığı üçün onların saraya girişinə icazə verilməyib.