Ağdaş meşəsində əməliyyat- Bu şəxs HƏBS EDİLDİ

Baxılıb:209
Ağdaş meşəsində əməliyyat- Bu şəxs HƏBS EDİLDİ

Ağdaşda meşəlik ərazidə yarım ton narkotik becərən şəxs saxlanılıb
Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzTimes.az-a verilən məlumata görə, şöbəyə rayonun Pirəzə kəndində yerləşən meşəlik ərazidə çətənə kollarınının becərildiyi barədə əməliyyat məlumatı daxil olub. Ərazi dərhal nəzarətə götürülüb və həyata keçirilən tədbirlər nəticəsində orada narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Elgiz Həsənov çətənə kollarına qulluq edən zaman saxlanılıb. Həmin yerə baxış zamanı ümumi çəkisi 512 kiloqram olan 79 ədəd çətənə kolu aşkarlanaraq götürülüb.Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olduğunu etiraf edib.
Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.


Abunəlik