Ağdamda narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsi idarə edən sürücü müəyyən edilib

Baxılıb:96
Ağdamda narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsi idarə edən sürücü müəyyən edilib


Ağdam Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı rayon sakini Faiq Hüseynovun idarə etdiyi “VAZ-2109” markalı avtomobil qayda pozuntusuna yol verdiyinə görə saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzTimes.az-a  verilən məlumata görə, nəqliyyat vasitəsinin sürücüsünün hərəkətləri şübhə doğurduğundan tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən onun narkotik vasitə olan marixuana qəbul etdiyi məlum olub.
F.Hüseynov barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə o, 10 gün müddətinə inzibati qaydada həbs edilib.
 


Abunəlik