Ağalarova məxsus “Krokus”un yerində Rusiya hökuməti nə tikəcək?

Baxılıb:92
Ağalarova məxsus “Krokus”un yerində Rusiya hökuməti nə tikəcək?

Moskva vilayətinin qubernatoru Andrey Vorobyov “Krokus Siti Holl”-un gələcək taleyi haqqında danışıb.

Qubernatorun sözlərinə görə, martın 22-də baş vermiş terakt zamanı zərər görən “Krokus Siti Holl”un yerində nəyin ola biləcəyi ilə bağlı hələ ki, bir söz demək çətindir.

“Bu barədə danışmaq hələ tezdir. Bu haqda heç bir qərar verilməyib”, – Vorobyov əlavə edib.

Qeyd edək ki, “Krokus Siti Holl” ticarət mərkəzi azərbaycanlı iş adamı Araz Ağalarova məxsusdur. “Krokus”da terror aktı martın 22-də törədilib. Ən son məlumata görə, hadisə nəticəsində 144 nəfər həlak olub, 551 nəfər isə xəsarət alıb.


Abunəlik