Ağadadaş Ağayev tanışını baltaladı – YENİ DETALLAR

Baxılıb:73
Ağadadaş Ağayev tanışını baltaladı – YENİ DETALLAR

Ağadadaş Ağayevin yaranmış mübahisə zamanı qarşıdakı şəxsə balta ilə xəsarət yetirməsi ilə bağlı yeni təfərrüat məlum olub.

Daxili İşlər Nazirliyini Mətbuat Xidmətindən məsələ ilə bağlı bildirilib ki, iyulun 22-də Bakı şəhər sakini olan N.Cəlilov ərizə ilə polisə müraciət edərək həmin gün saat 7 radələrində gözətçi işlədiyi özəl tibb müəssisələrindən birində olan zaman paytaxt sakini A.Ağayevin xuliqanlıq zəminində onu söyərək təhqir etdiyini, əlindəki balta ilə onu hədələdiyini bildirib.

N.Cəlilov daha sonra izahatında A.Ağayevin baltanı ona tərəf atan zaman orada çalışan N.Paşayevanın ayaq nahiyəsinə dəydiyini və xəsarət yetirdiyini də qeyd edib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin araşdırmalara başlanılıb.

***

Xalq artisti Ağadadaş Ağayev aralarında yaranmış mübahisə zamanı tanışına balta ilə xəsarət yetirib. Hadisə Binəqədi rayonu ərazisində baş verib.

Bu barədə məlumatı news24.az saytı yayıb.

Yaralanan şəxsin vəziyyətinin ağır olduğu bildirilir.

Məsələ ilə bağlı A.Ağayevin özü ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qalıb.

YENİLƏNDİ

DİN: İyulun 22-də Bakı şəhər sakini olan N.Cəlilov ərizə ilə polisə müraciət edərək həmin gün saat 07 radələrində gözətçi işlədiyi özəl tibb müəssisələrindən birində olan zaman paytaxt sakini A. Ağayevin xuliqanlıq zəminində onu söyərək təhqir etdiyini əlindəki balta ilə onu hədələdiyini bildirib. N.Cəlilov daha sonra izahatında A.Ağayevin baltanı ona tərəf atan zaman orada çalışan N.Paşayevanın ayaq nahiyəsinə dəydiyini və xəsarət yetirdiyini də qeyd edib.Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin araşdırmalara başlanılıb.t.me/isayevios


Abunəlik