AFFA “Qəbələ”nin baş məşqçisinin cəzasını açıqlayıb
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
“Aztimes.az”informasiya agentliyinin məlumatına görə, yığıncaqda Azərbaycan Premyer Liqasının XVIII turunda baş verənlər müzakirə olunub.
“Keşlə” – “Zirə” oyununun 61-ci dəqiqəsində qırmızı vərəqə alan Dmitrios Çantakias 2 oyun cəzalanıb. Qonaqlar buna görə 1600 manat cərimələnib. Neftçi” – “Qəbələ” oyununda qonaqların baş məşqçisi Elmar Baxşıyev ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 matç cəzalanıb. Klub 800 manat cərimə olunub. Bu qarşılaşmada 4 futbolçusu sarı vərəqə ilə cəzalanan Qəbələnin eyniadlı təmsilçisi 800 manat cərimələnib.Simurq.net.