Abşeronda sahibkar təhdid olunur-Etiraz/Video

0
185

Abşeron rayonunda sahibkarlıq və inşaat işləri ilə məşğul olan məcburi köçkün Əlizamin Məmmədov barəsində əsassız ittihamlar səsləndirilməsinə etiraz edir.

Reportyor.info-ya açıqlama verən iş adamı qeyd edib ki, fevralın 21-də bəzi media quruluşları onun tikinti apardığı ərazidə çəkiliş edərək guya qanunsuzluğa yol verdiyini yazıblar.

“Ancaq məndən nə sənədlər istənildi, nə mövqeyim öyrənildi. Bu da KİV haqqında qanunu pozmaqdır. Report agentliyi bizim mövqeyi öyrənmədən getdi. Burada hər hansı qanun pozuntusuna yol verilməyib”,-deyə Ə.Məmmədov haqqında səslənən iftira və ittihamlara etirazın bildirib.

Onun sözlərinə görə, 2012-ci ildən əlində sənəd var: “Bu ərazidə restoran tikilib. Sonra maddi imkan olmadı deyə ara verdik, indi yenə tikəcəyik.

Mən sahibkaram, iş yeri açmışam, buradan ailələr dolanır, heç bir qanun pozmamışıq, qanunun və dövlətin aliliyinə riayət etmişik”.
Abşeronda sahibkar təhdid olunur – Etiraz/Video
İş adamı bildirdi ki, Rafiq və Bəxtiyar adlı şəxslər ona əsassız tələblər irəli sürür: “Bunlar məndən nə istəyirlər?

Məktəbə aid torpağı zəbt ediblər, qanunsuz tikinti aparıblar. Onların burada yaşayış hüququ yoxdur, evlərinin sənədsi varsa təqdim eləsinlər.

Rafiq 15 il həbs yatdığını deyir. Bununla fəxr edir. Bu adamlar pul vermədiyimizə görə məni təhdid edir. Onlarla bizim tikili arasında 6 metr ara var.

Mən özümə olan təhdidlərlə bağlı polisə də şikayət eləmişəm. Mətbuat guya gəlib haqq tələb edir. Halbuki, həyətimə qanunsuz pəncərə açılıb, onu qeyd etsinlər. Ətraflı video süjetdə izləyin…

;

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here