Abşeron icra hakimiyyəti hara baxır?- Bayrağımıza qarşı hörmətsizlik- Video
Xalq.az xəbər verir ki, sosial platformada Abşeron rayon icra hakimiyyətinin Mehdiabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin binasının önündə Azərbaycan Respublikasının Dövlət Bayrağının yararsız hala düşməsi ilə bağlı görüntülər yayılıb. Dirəkdən yırtıq formada asılan bayrağın yararsız halda olduğu görünür.
Sosial şəbəkənin bir çox istifadəçiləri tərəfindən video görüntülər narazılıqla qarşılanıb və hörmətsizlik kimi qəbul edilib.

Maraqlısı isə budur ki, nədənsə, Abşeron rayon icra hakimiyyətinin və Mehdiabad qəsəbə inzibati ərazi dairəsi üzrə məsul şəxsləri ümumiyyətlə, heç bir məsul qurum bayrağı dəyişdirmir.

Qeyd edək ki, dövlət bayrağına, hörmətsizlik edənlər “Cinayət Məcəlləsinin 324-cü maddəsinə əsasən Dövlət Bayrağına və Dövlət Gerbinə qarşı təhqiredici hərəkətlərin edilməsi iki ilədək azadlığın məhdudlaşdırılması və ya bir ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Qeyd edək ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Mehdiabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əli Həsənov qanunsuz əməlləri ilə Mehdiabad qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrində fərdi yaşayış evlərinin tikintisinə icazələrin, müxtəlif məzmunlu arayışların verilməsi və ümumi himayədarlıq müqabilində çoxsaylı vətəndaşlardan rüşvət almasına əsasən 2023-cü ildə həbs olunub.

Abşeron Rayon İcra Hakimiyyəti başçısı Abdin Fərzəliyevdir.(Xalq.az )