ABŞ yeni təyyarə hazırlayır – Bu yolu 55 dəqiqəyə qət edəcək

Baxılıb:38
ABŞ yeni təyyarə hazırlayır – Bu yolu 55 dəqiqəyə qət edəcək

Texas startapı “Venus Aerospace” sərnişinləri Nyu Yorkdan Parisə cəmi 55 dəqiqəyə çatdıracağını açıqlayıb.

Bu barədə layihənin saytında bildirilir.

Qeyd olunur ki, Londonla Nyu York arasındakı məsafə 5567, Nyu Yorkla Paris arasındakı məsafə isə 5833 kilometrdir.

Bundan əvvəl “Venus Aerospace” fırlanan detonasiya raket mühərrikinin atmosfer sınağını tamamlayıb. Bu, təkan yaratmaq üçün sabit yanma əvəzinə fırlanan partlayışlardan istifadə edən bir sistemdir. Sınaqlar Nyu-Meksikodakı kosmodromda baş tutub.

Şirkət mühərrikdən gələcək “Stargazer” hipersəs təyyarəsi üçün istifadə etməyi planlaşdırır. Tərtibatçılar onun 4 Max – 4939 kilometr/saat sürətinə çatacağını gözləyirlər. Bu səs sürətindən dörd dəfə çoxdur.

Beləliklə, gəmi Nyu-Yorkla Paris arasındakı məsafəni bir saatdan az vaxta qət edə biləcək.


Abunəlik