ABŞ yeni silah alır: Rusiya və Çin peyklərini zərərsizləşdirəcək
ABŞ-nin Kosmik Qüvvələri 2025-ci ildə Rusiya və Çin peyklərini zərərsizləşdirmək üçün silah alacaq.
Bu barədə “Bloomberg” Kosmik Qüvvələrə istinadən məlumat yayıb.
Məlumata görə, “Meadowlands” adlanan sistem “L3Harris” şirkəti tərəfindən hazırlanıb. Yeni kompleks 2020-ci ildən istismarda olan “Counter Communications System”in asanlaşdırılmış versiyasıdır. “Meadowlands” daha çox tezlikləri sıxışdıracaq yenilənmiş proqram təminatı ala bilər.
ABŞ Kosmik Sistemlər Komandanlığı “Meadowlands” sisteminin bütün sistem səviyyəli sınaqlarını sentyabrda tamamladığını bildirib. 2025-ci ilin birinci rübündə hərbçilər ilk beş kompleksin nə vaxt döyüşə hazır hesab ediləcəyini müəyyənləşdirəcəklər.