ABŞ və Aİ Rusiyaya təzyiqə davam edəcək – RAZILAŞMA
ABŞ dövlət katibi Marko Rubio və Avropa İttifaqının (Aİ) diplomatiya rəhbəri Kai Kallas telefon danışığında xarici siyasəti müzakirə ediblər.
Bu barədə “Bloomberg” yazır.
ABŞ və Aİ nümayəndələri Rusiyaya maksimum təzyiqin davam etdirilməsinin zəruriliyi barədə razılığa gəliblər.
Onların fikrincə, bu, Ukraynada ədalətli sülhə nail olmağa kömək edə bilər.
“Kallas və Rubio həmçinin Aİ və ABŞ arasında əməkdaşlığın gücləndirilməsi, ümumi xarici siyasət prioritetləri və Çinlə bağlı problemləri müzakirə ediblər”, – məlumatda qeyd olunur.