ABŞ səfirliyi vətəndaşlarına ÇAĞIRIŞ ETDİ – İranı Azərbaycan vasitəsilə tərk edin
ABŞ-nin İrandakı virtual səfirliyi öz vətəndaşları üçün bildiriş dərc edib.
Virtual nümayəndəliyin veb-saytında dərc olunan bildirişdə amerikalılara İranı tərk etmək tövsiyə olunub.
Səfirlik vətəndaşlarına İranı Azərbaycan, Ermənistan və ya Türkiyə sərhədindən keçərək tərk etməyi təklif edib.
Bildirilib ki, amerikalılar Astara sərhəd-keçid məntəqəsinə yollanmazdan əvvəl Azərbaycan hökumətindən icazə almalı, Azərbaycana keçmək istəyən vətəndaşlar ABŞ-nin Bakıdakı səfirliyi ilə əlaqə saxlamalıdırlar.