ABŞ nüvə müharibəsinin qaçılmaz olduğunu bəyan etdi

Baxılıb:62
ABŞ nüvə müharibəsinin qaçılmaz olduğunu bəyan etdi

Dünyada gərginliyin yüksək olması səbəbindən nüvə müharibəsi qaçılmazdır.

Bunu ABŞ-ın keçmiş kəşfiyyatçısı Skott Ritter “Dialogue Works” “YouTube” kanalında deyib.

O, bunun zamanın işi olduğunu vurğulayıb. Ritterin fikrincə, dünya ictimaiyyəti qabaqlayıcı nüvə zərbəsini nəzərdə tutmayan klassik nüvə çəkindirmə konsepsiyasından uzaqlaşmağa başlayır. “Öncədən zərbə vura biləcəyiniz bir ssenari var”, – o bildirib.

Keçmiş kəşfiyyatçı həmçinin qeyd edib ki, kütləvi qırğın silahlarına nəzarət və arsenalın azaldılması mövzuları artıq gündəmə gətirilmir.


Abunəlik