ABŞ nüvə müharibəsinə başlasa, hədəfi Türkiyə olacaq – Şok detallar
ABŞ-ın B61 nüvə bombalarını B61-12 versiyasına yüksəltmək qərarı Türkiyəni mümkün nüvə müharibəsində hədəfə çevirir.
Bu barədə Türkiyənin “Aydınlıq” qəzeti yazır.
Nəşrin bu qənaətə gəlməsi Adanadakı İncirlik aviabazasında 50 belə bombanın yerləşməsi ilə bağlıdır.
Xatırladaq ki, daha əvvəl Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, ABŞ başda olmaqla Qərb dövlətlərinin Rusiya sərhədlərində yaratdığı risklər ölkəmizin nüvə silahından istifadə etməsi sualına səbəb ola bilər.
“İncirlik bazasındakı bu 50 bomba öldürücü təsirini artırmaq üçün “quyruq rotoru” ilə təchiz edilib. Yeni məqsəd 2026-cı ildə B61-13 istehsalına başlamaqdır. Bu bomba Xirosimada istifadə ediləndən 24 dəfə güclüdür”, – nəşrin materialında qeyd olunur.
“Ümumilikdə Avropada 180 modernləşdirilmiş bomba var ki, onların da 50-si Türkiyədə saxlanılır” – nəşr yazır.