ABŞ müharibəyə hazırlaşır: 700 terrorçu, 70 maşın hərbi sursat bura yerləşdirildi

Baxılıb:49
ABŞ müharibəyə hazırlaşır: 700 terrorçu, 70 maşın hərbi sursat bura yerləşdirildi

ABŞ qüvvələri 700 PKK/YPG terrorçusunu İranın dəstəklədiyi qrupların təmas xətti olan Fərat çayı yaxınlığındakı bazalarına köçürüb.

İraqdan şəxsi heyət 4 helikopterlə Həsəkə vilayətindəki Rumeylan bazasına daşınıb.

ABŞ qüvvələri həmçinin Hasəkədəki bazalardan Koniko və Ömər neft yatağı bazalarına qapalı sursat qutuları və “Humvee” tipli zirehli maşınlar da daxil olmaqla 70 maşından ibarət hərbi karvan göndərib.

Qeyd edək ki, 2019-cu ilin oktyabrında “Sülh çeşməsi” əməliyyatının başlaması ilə ABŞ əməliyyat bölgəsindəki bazalarını boşaldarkən neft yataqları ətrafında məskunlaşmağa üstünlük verib.

Terror təşkilatı PKK/YPG-yə dəstəyini davam etdirən ABŞ qüvvələri hazırda Haseke, Rakka və Deyr əz-Zor vilayətlərində təşkilatın işğal etdiyi bölgələrdəki bir çox baza və hərbi məntəqələrdə mövcuddur.

Vaşinqton PKK/YPG terrorçularının işğal etdiyi neft yataqlarında yerləşən hərbi baza və məntəqələrə davamlı olaraq əlavə qüvvələr göndərir.


Abunəlik