ABŞ İranın hücum edəcəyi tarixi AÇIQLADI

Baxılıb:63
ABŞ İranın hücum edəcəyi tarixi AÇIQLADI

İranın İsrailə hücumu bu həftə ola bilər.

Bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlərə bildirib.

“Biz bunu çox yaxından izləməyə davam edirik. İndiki məqamda hücumun İrandan, yoxsa onun proksilərindən gələcəyini, bunun necə görünə biləcəyini dəqiq söyləmək çətindir, lakin bunun əhəmiyyətli silsilə hücumlar ola biləcəyi ehtimalına hazır olmalıyıq. Buna görə də biz son bir neçə gündə bölgədəki gücümüzü və imkanlarımızı artırdıq”, – deyə C.Kirbi vurğulayıb.


Abunəlik