ABŞ-ın “təyyarəni Rusiya vurub” ittihamına Kreml belə cavab verdi

Baxılıb:61
ABŞ-ın “təyyarəni Rusiya vurub” ittihamına Kreml belə cavab verdi

Ağ Evin “Azərbaycan Hava Yollarına” məxsus “Embraer 190” təyyarəsinin Bakıdan Qroznıya uçarkən Rusiyanın hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulmasına dair “ilkin əlamətlər” olması barədə bəyanatına Kremldən reaksiya gəlib.

Bununla bağlı sualı Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov cavablandırıb.

“Biz bu açıqlamaları gördük” deyən Peskov, Kreml araşdırmanın nəticələrini gözlədiyi üçün prezident administrasiyasının vəziyyətlə bağlı şərh verməyəcəyini bildirib.

Bundan əlavə, o xatırladıb ki, bir gün əvvəl Federal Hava Nəqliyyatı Agentliyinin rəhbəri Dmitri Yadrov bəyanat verərək, Rusiyanın həm Qazaxıstana, həm də Azərbaycana qəzanın səbəbləri və şəraitinin araşdırılmasında hərtərəfli dəstək göstərəcəyini bildirib.


Abunəlik