ABŞ-ın Ermənistanla bağlı ŞOK PLANI – Bunun üçün şərait yaradılır

Baxılıb:108
ABŞ-ın Ermənistanla bağlı ŞOK PLANI – Bunun üçün şərait yaradılır

Amerika Birləşmiş Ştatları Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn Vaşinqtonun Ermənistanın Rusiya ilə ənənəvi möhkəm münasibətlərdən əl çəkməsi üçün şərait yaratmaq niyyətini açıqlayıb.

O, bu barədə Senatın Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə bildirib.

“Ermənistan əhalisinin əhəmiyyətli bir hissəsi Rusiyadan uzaq durmağın tərəfdarıdır. Beləliklə, biz (Amerika hakimiyyəti) bunun (Rusiyadan uzaqlaşmaq) baş verməsi üçün şərait yaradırıq”, – deyə Ceyms O’Brayen etiraf edib.

Xatırldaq ki, Ermənistanın Baş naziri ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) üzvlük dondurulduqdan sonra çıxmaq planlarını açıqlayıb. Çıxışın konkret vaxtı qeyri-müəyyən olaraq qalır. Bu hərəkətlərə cavab olaraq Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov vurğulayıb ki, Rusiya Ermənistanla dəstəyi və tərəfdaşlığı davam etdirəcək, həmçinin iki ölkənin silahlı qüvvələri arasında əməkdaşlığı davam etdiriləcək.


Abunəlik