ABŞ-ın dünyanın sonu ilə bağlı gizli planı: Zənginlər üçün görün nə hazırlanıb
ABŞ höküməti mümkün fəlakətlərdə zəngin və güclü insanların sığına bilməsi üçün yeraltı şəhərlər inşa edib.
Bu barədə ABŞ-ın keçmiş prezidenti Corc Volker Buşun dövründə dövlət katibinin müavini vəzifəsində çalışmış Katrin Ostin Fitts Taker Karlsona müsahibəsində danışıb.
O iddia edib ki, ABŞ hökumətinin tikdiyi bəzi gizli şəhərlər və ya bazalar Amerikanın ətrafında okeanların altında yerləşir. Həmçinin onlar hökumətin gizli kosmik proqramı kimi layihələrdə də istifadə oluna bilər.
Fitts 1998-ci ildən 2020-ci ilə qədər Müdafiə, Mənzil və Şəhərsalma Departamentlərinin icazəsiz 21 trilyon dollar xərclədiyini bildirib. O, bu pulun ictimaiyyətdən gizli saxlanılan yeraltı şəhərləri və nəqliyyat sistemlərini maliyyələşdirmək üçün istifadə edildiyini açıqlayıb.
Fitts hesabatda yer alan 21 trilyon dolların hara getdiyini iki il ərzində araşdırdığını və təkcə ABŞ-da 170 gizli obyektin olduğunu göstərən dəlillər tapdığını qeyd edib.