ABŞ Ermənistan və Azərbaycana çağırış etdi

Baxılıb:152
ABŞ Ermənistan və Azərbaycana çağırış etdi

Biz itkilərlə nəticələnən hərbi toqquşmalarla bağlı xəbərlərdən narahatıq.

Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bu gün keçirdiyi brifinqdə Ermənistan-Azərbaycan sərhədində baş verən son insidentə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, gücdən istifadə danışıqlara xələl gətirir: “Davamlı sülhə aparan yeganə yol danışıqlar masasından keçir. Atəşkəs rejiminin pozulması hallarını araşdırmaq və müvafiq tədbirlər görmək lazımdır. Dövlət katibinin (ABŞ dövlət katibi Antoni Blinken – Qeyd) daim vurğuladığı kimi, Amerika Birləşmiş Ştatları Ermənistan və Azərbaycan arasında sülh danışıqlarına sadiqdir”.


Abunəlik