ABŞ-da qorxulu xəbərdarlıq: Nəhəng körpülər oyuncaq evlər kimi dağılacaq
Qlobal istiləşmə körpülərin dağılmasını sürətləndirir və ABŞ-da böyük körpü çökmələrinə səbəb ola bilər.
Bu barədə “The New York Times” (NYT) məlumat yayıb.
Nəşrin məlumatına görə, iqlim dəyişikliyinin səbəb olduğu həddindən artıq istilər və artan daşqınlar ABŞ-da körpü strukturlarının dağılmasını sürətləndirir.
Nəşr Kolorado Dövlət Universitetinin professoru Pol Çinovskidən sitat gətirib: “O qədər isti olur ki, bu körpülər oyuncaq evlər kimi dağıla bilər”.
NYT qeyd edir ki, körpülər ani-temperatur dəyişikliklərinə tab gətirmək üçün nəzərdə tutulmayan materiallardan tikilib. Mütəxəssislər bildirirlər ki, ABŞ-da körpülərin dağıdılmasının əsas səbəbi tikililərin bünövrəsi yaxınlığındakı torpaq çöküntülərinin aşınmasıdır. Bu proses qlobal istiləşmə ilə əlaqəli güclü yağışlarla daha da şiddətlənir.
Nəşr qeyd edir ki, 1960-cı ildən əvvəl tikilmiş bəzi Amerika körpüləri iqlim dəyişikliyinin strukturlara təsirindən əvvəl də təmirə ehtiyac duyurdu. Araşdırmaya görə, qlobal istiləşmə 2050-ci ilə qədər ABŞ-da polad körpülərin dörddə birinin dağılmasına səbəb ola bilər.
Qəzetin yazdığına görə, 2024-cü ildə ABŞ-da havanın temperaturu bütün müşahidələr tarixində rekord səviyyəyə çatıb ki, bu da ölkənin infrastrukturunun əhəmiyyətli hissəsinə ziyan vurub. Xüsusilə, iyul ayında həddindən artıq istilər Nyu-Yorkda körpünün dağılmasına səbəb olub.