ABŞ-da NOTAM sistemi çökdü: uçuşlar gecikəcək
ABŞ pilotları üçün əsas bildiriş sistemində nasazlıq yaranıb. Bu, fevralın 2-də uçuşlarda gecikmələrə səbəb ola bilər.
Bu barədə ABŞ-ın nəqliyyat naziri Şon Daffi bildirib.
“Əsas NOTAM (uçuş məlumatı bildirişi) sistemində müvəqqəti nasazlıq yaranıb. ABŞ Federal Mülki Aviasiya Administrasiyası (FAA) sistemin bərpası üzərində işləyir, bəzi gecikmələr ola bilər”, – o qeyd edib.
Onun sözlərinə görə, FAA uçuşdan əvvəl brifinqlər, uçuş əməliyyatlarını tamamlamaq və dəstəkləmək üçün fövqəladə hallar sistemini aktivləşdirib.
“Biz nasazlığın səbəbini araşdırırıq və nəticələri açıqlayacağıq”, – deyə nazir qeyd edib.