ABŞ bu səxsi tapana 10 milyon dollar verəcək
Birləşmiş Ştatlar Livanın “Hizbullah” hərəkatının İraqdakı lideri Məhəmməd Kavtarani haqqında informasiya üçün 10 milyon ABŞ dolları məbləğində mükafat vəd verib.
AzTimes.az-ın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.
Mükafat hərəkatın İraqdakı yüksək vəzifəli komandiri adlandırılan Kavtaranini fəaliyyəti, əlaqələri və tanışları haqqında informasiyanı çatdırana veriləcək. ABŞ “Hizbullah”ı terror təşkilatı hesab edir.
“Məhəmməd Kavtarani “Hizbullah”ın İraqdakı qüvvələrinin yüksək vəzifəli lideridir. O, daha əvvəl general Qasım Suleymani təşkil etdiyi İranla əlaqəli hərbiləşdirilmiş qruplaşmaların siyasi koordinasiyasını öz üzərinə götürüb”, – xəbərdə deyilir.
Xatırladaq ki, ABŞ İran generalı Qasım Süleymanini yanvarda Bağdadda keçirdiyi xüsusi əməliyyatın gedişatında öldürüb.