ABŞ bu raketlər üçün milyonlarla dollar ayırdı: 2027-ci ilin sonuna kimi…

Baxılıb:104
ABŞ bu raketlər üçün milyonlarla dollar ayırdı: 2027-ci ilin sonuna kimi…

ABŞ JASSM uzaqmənzilli qanadlı və LRASM gəmi əleyhinə raketlərinin istehsalını artırmaq üçün təxminən 130 milyon dollar ayırıb.

Bu barədə Pentaqonun bugünkü bəyanatında bildirilib.

Məlumata görə, podratçı “Lockheed Martin” korporasiyasıdır.

Müqavilə üzrə işlərin Florida ştatının Orlando şəhərində yerinə yetirilməsi planlaşdırılır. İşlər 2027-ci il dekabrın 15-nə kimi tamamlanmalıdır.

Qeyd edək ki, qanadlı və gəmi əleyhinə raketlərin istehsalının genişləndirilməsi ilə bağlı məlumat ABŞ-nin Ukraynanı JASSM raketləri ilə təchiz edə biləcəyinə dair dünən yayılan xəbərlərlə əlaqədar aktuallıq qazanıb.


Abunəlik