“ABŞ belə düşünsəydi, Ukraynada münaqişə baş verməzdi” – Toqodan KRİTİK AÇIQLAMA

Baxılıb:79
“ABŞ belə düşünsəydi, Ukraynada münaqişə baş verməzdi” – Toqodan KRİTİK AÇIQLAMA

Əgər ABŞ SSRİ-nin dağılmasından sonra Avropanın təhlükəsizliyini düşünsəydi, Ukrayna münaqişəsinin qarşısını alardı.

Bu barədə “RİA Novosti”yə müsahibəsində Yaponiya Xarici İşlər Nazirliyinin Avropa və Asiya Departamentinin keçmiş rəhbəri Kazuhiko Toqo bildirib.

“Kaş ki, Amerika öz müstəsnalığı haqqında deyil, uduzmağın necə olduğunu düşünsəydi. O zaman Birləşmiş Ştatlar Avropanın təhlükəsizliyini “bizimlə olmayanlar məğlub olacaq” mövqeyindən deyil, realizm mövqeyindən düşünə bilərdi”, – o vurğulayıb.

Toqonun fikrincə, ABŞ Sovet İttifaqının dağılmasından sonrakı illərdə, amerikalılarda Amerikanın müstəsnalığı hissini inkişaf etdirdiyi bir vaxtda dünyaya “uduzan adamın gözü ilə” baxa bilərdi. Siyasətçi əlavə edib ki, Vaşinqton başqa ölkələrin təhlükəsizlik problemləri haqqında düşünə bilsəydi, indiki Ukrayna münaqişəsi olmazdı.

Bundan əvvəl Toqo bildirib ki, sülh danışıqları aparılmasa, Ukrayna üç yerə parçalana bilər.


Abunəlik