Abid Şərifovun Londonda biznesi olan 29 yaşlı nəvəsi müflis olub? – Ailənin dosyesi
İngiltərənin paytaxtı Londonda fəaliyyət göstərən və Baş nazirin sabiq müavini Abid Şərifovun nəvəsi Nicat Mahmudova məxsus “Abeona Global Limited” şirkəti ötən il üçün maliyyə hesabatını açıqlayıb.
“Abeona Global Limited” şirkətinin aktivləri 2018-ci ildə 259 min 626 funt-sterlinq ( 343 min dollar) olduğu halda, 2019-cu ilin sonunda bu göstərici kəskin şəkildə azalaraq cəmi 16 funt-sterlinq (21 dollar) olub.
Müvafiq qurumlarının açıqladığı məlumatlarda qeyd olunur ki, “Abeona Global Limited” şirkətinin bank hesabında cəmi 16 funt-sterlinq vəsait var.
Məlumat üçün bildirək ki, “Abeona Global Limited” şirkəti 22 iyun 2017-ci ildə İngiltərədə qeydiyyatdan keçib. 1995-2018-ci illərdə Azərbaycanda Baş nazirin müavini vəzifəsində işləyən Abid Şərifovun nəvəsi Nicat Mahmudov şirkətin yeganə direktorudur. Nicat Mahmudov mətbuata verdiyi açıqlamda deyib iki, 2011-ci ildə (20 yaşında) Londonda “Buta Lounge” adlı restoran açıb.
1991-ci ildə anadan olan Nicat Mahmudov eyni zamanda 6 saylı cəzaçəkmə müəssisəsinin rəisi Məmməd Mahmudovun oğludur. Nicat Mahmudov anası, yəni Abid Şərifovu qızı – Təranə Mahmudova isə Azərbaycanda 2 şirkətin qanuni təmsilçisidir. Bu şirkətlər 2002-ci ildə qeydiyyata alınan “A.N.N.N” MMC və 2017-ci ildə qeydiyyata alınan “GÜVƏN 2017” MMC-dir. Təranə Mahmudovanın həkim olduğu bildirilir. Abid Şərifovu qızı 2013-cü ildə 5 nömrəli Kliniki Doğum Evinin həkim-neonatoloqu kimi “Səhiyyə əlaçısı” döş nişanı oilə təltif olunub. Təranə Mahmudova hazırda Nərimanov rayonunda fəaliyyət göstərən “Optimed” Tibb Mərkəzinin də direktorudur. //yeniavaz.com//