Nazarbayev ABŞ və Rusiya prezidentlərinə müraciət etdi
Qazaxstanının birinci Prezidenti Nursultan Nazarbayev ABŞ və Rusiya prezidentlərinə müraciət edərək Çin, Avropa İttifaqının iştirakı ilə nüvə silahının tərkedilməsi ilə bağlı sammit keçirilməsini təklif edib.
AZTİMES.AZ “Sputnik Qazaxstan”a istinadən xəbər verir ki, Nazarbayevin fikrincə, əsas məsələ nüvə silahının tərksilahedilməsi istiqamətində mərhələli və proporsional qaydada ləğv edilməsi üçün tədbrilər planının hazırlanması olmalıdır.
Nazarbayev bəyan edib ki, Astana belə bir görüşü təşkil etməyə hazırdır.