Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 137 yeni yoluxma – FOTO
Azərbaycanda koronavirus infeksiyasına 137 yeni yoluxma faktı qeydə alınıb, 83 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış iki nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6422 test aparılıb.
Aktiv xəstə sayı isə 1956 nəfərdir.