SON DƏQİQƏ: Göyçay şəhər Bələdiyyəsinin sədri barəsində cinayət işi başlanıldı

Baxılıb:1078
SON DƏQİQƏ: Göyçay şəhər Bələdiyyəsinin sədri barəsində cinayət işi başlanıldı

“Eldar şamı” cinsindən olan ağacın köküstə kəsilərək məhv edilməsi ilə bağlı 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş material üzrə Göyçay rayon prokurorluğunda araşdırma aparılıb və Göyçay şəhər Bələdiyyəsinin sədri Cavid Rəhimov barəsində Cinayət Məcəlləsinin 259.2.4 (qanunsuz ağac kəsmə, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

AZTİMES.AZ xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Taleh Xasməmmədov şəxsi “Facebook” hesabında məlumat yayıb.

Əlavə olaraq o, Cavid Rəhimovun əvvəllər də rüşvət alması ilə bağlı faktların olmasını, amma haqqında heç bir tədbir görulmədiyini yazıb:

“Amma bir məsələni də qeyd edim ki, həmin bələdiyyə sədri Heydər Əliyevin büstü qarşısında rüşvət alarkən aşkar videofakt olsa da ona gözün üstə qaşın var deyən olmamışdı.”


Abunəlik