İbtidai siniflərdə dini mövzular təbliğ edən dərsliklərdən Təhsil Nazirliyi xəbərdardırmı?

Baxılıb:252
İbtidai siniflərdə dini mövzular təbliğ edən dərsliklərdən Təhsil Nazirliyi xəbərdardırmı?

Zamin Mursalov adlı şəxsin şəkli.Zamin Mursalov adlı şəxsin şəkli.

AzTimes.az xəbər verir ki, son zamanlar ümumtəhsil məktəblərində tədris olunan dərsliklərdə olan çatışmamazlıqlar narazılıqlara səbəb olur. Qaranlıq məqam odur ki, bəzi dərsliklərin hansı mətbəədə çap olunması belə məlum deyil . Dərsliklərin rahat şəkildə məktəblərə necə rahatlıqla sızması şübhə doğurur.

Bəzi məktəblərində paylanan, ikinci siniflər üçün nəzərdə tutulan bu kitabların müəllifi, çap edilən mətbəəsi məlum deyil. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən tolerant ölkə olmağımıza baxmayaraq bəzi dərsliklərdə dini, şəriətyönümlü mesajlar verilir. Bu isə ikinci sinif şagirdinin beyni qaldırmayacaq yük deməkdir. Biz övladlarımıza xürafat öyrədilməsindənsə, vətən sevgisinin aşılanmasının tərəfdarı olmalıyıq. Məktəb mədrəsə deyil. Məktəb təhsil almaq üçündür, mollaxana deyil. Bu gün baxırıq ki, dini idealogiyanı yayanlar boş dayanmır, altdan öz işlərini görürlər. Amma buna imkan  vermək olmaz. İstər Nardaran, istərsə də Gəncə hadisələri uzaq deyil, bizim ən yaxın keçmişimizdir. Biz Azərbaycanın çiçəklənməsi, ən yüksək təşkilatlarda ön mövqe tutması üçün övladlarımıza elm öyrədib, əsl vətənpərvər vətəndaş yetişdirməliyik. Qarabağ müharibəsinin qəhrəmanları, Azərbaycanın istər qədim,  İstər orta əsrlər,istər müasir dövrdə  torpaqlarımızın bütövlüyü uğrunda mübarizə apararaq ölümsüzlük qazanan qəhrəmanlarımızı öyrətməliyik övladlarımıza ki, manqurtlaşmasınlar. Biz kamikadzelər yox, dünyaya real pəncərədən baxmağı bacaran qüsursuz vətəndaşlar verməliyik. Nağıllarla özünü ovudub axirətini gözləyən  əqli zədəli fərdlər yox. Çünki, biz müstəqilliyimizi qanlar bahasına qazanmış xalqıq. Bu azadlıq uğrunda Babək 40 il mübarizə aparıb. Cavanşir daxili müstəqilliyi qoruyub saxlamaq üçün bütün diplomatik gücünü sərf edib. İranzu, Atropat, Hacı Çələbi, Fətəli xan, İbrahim Xəlilullah- bax bunlardır bizim qəhrəmanlarımız. Qəhrəmanlarımızın müəyyən hissəsi. Hətta mən deyərdim ki, saydıqlarım dəryadan damladır. Bəs o körpələr bu adını çəkdiyim şəxsiyyətlərdən neçəsini tanıyır? Ümumiyyətlə bu şəxsiyyətlər  onlara lazimincə, olduğu kimi , tutduğu mövqe, gördüyü işlər, səhvləri , düzləri ilə olduğu kimi aşılanırmı?  Olmazmı ki, o dərsliklərdə həmin dini misalların yerinə Azərbaycanın sərhəd olduğu ölkələr, qədim şəhərləri nümunə kimi göstərilsə olmazmı? Vətən uğrunda qəhrəmancasına şəhid olan oğullar haqqında kiçik hekayələr yazılaraq uşaq düşüncəsinə uyğun vətənpərvərlik təbliğatı aparıla bilinməzmi?

Təhsil Nazirliyinin nəzarətində olan bu dərsliklərin bir daha nəzərdən keçirilməsi vacibdir.  Ümumiyyətlə istər ibtidai, istər yuxarı sinif dərslikləri fənn üzrə ixtisaslaşmış kadrlar tərəfindən tərtib olunmalıdır. Riyaziyyat, tarix,dil-ədəbiyyat dərsliklərində olan boşluqlar, ağır yüklənilmiş materiallar şagirdləri savadsızlığa aparır. Bəzən mövzular o qədər ağır seçilir ki,  nəinki şagird, heç valideyn belə mövzunu anlamır. Belə hallar isə  gənc nəsli əsas proqramı qavramasına  səbəb yaradır.

Pərvin Abışova /AzTimes.az/


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir