Şamaxıda doğum evində yeni doğulan körpə ölüb

Baxılıb:255
Şamaxıda doğum evində yeni doğulan körpə ölüb

Şamaxıda doğum evində yeni doğulan körpə ölüb. Şamaxı şəhər sakini, 19 yaşlı Lamiyə Zərbəliyeva bu gün gecə saatlarında təbii yolla qız övladı dünyaya gətirib. Lakin tibb işçiləri yarım saat sonra körpənin vəziyyətinin qəflətən pisləşdiyini və öldüyünü bildiriblər. Qeyd edilir ki, bu Lamiyənin ilk hamiləliyi olub və doğuşdan əvvəl onun da, uşağın da vəziyyəti normal olub. Lakin qəflətən uşağın vəziyyəti pisləşib, lazımi tədbirlər görülsə də, körpənin həyatını xilas etmək mümkün olmayıb. Hazırda ölümün səbəbi araşdırılır.

Araz Rüstəmov – Lamiyənin atası

Gecə saat ikidə yüngül ağrılarla gətirdik xəstəxanaya 02-20 Hiss elədik ki nəsə narahatçılıq var, həkimi çağırdıq, dedik nə dedi bir az uşaqda problem var, keysəriyyə eləmək istəyirik. Biz razılıq verdik keysəriyyə ki, təki salamatçılıq olsun, Hətta biz kömək istədik dedik başqa həkim də gətirək, Nəzakət xanım razılıq vermədi.Bir də onda xəbər tutduq ki, uşağı itiriblər.STIK Belə olmaz da, bu boyda səhlənkarlıq olmaz.. Həkim səhlənkarlığından biz uşağı itirdik

Nəzakət Abdurracaqova – həkim 

Uşağın ürək döyünməsi tamam dəyişdi, qan itkisi ilə əlaqədar. Və uşağı kesrlə mümkün olmazdı, vaxt yox idi həm də, ölü uşaq çıxarda bilərdim. Tez vakum ekstradiyayla çıxartdım..Lakin dölü xilas etmək mümkün olmadı


Abunəlik