Nəzarət-profilaktiki tədbirlər davam edir – FOTOLAR

Baxılıb:338
Nəzarət-profilaktiki tədbirlər davam edir – FOTOLAR

AZTİMES.AZ xəbər verir ki,paytaxtın Qaradağ rayonunda polis əməkdaşları tərəfindən koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə ərazidə növbəti nəzarət-profilaktiki tədbirlər həyata keçirilib.

Tədbir çərçivəsində ictimai nəqliyyatda və qapalı yerlərdə maskadan istifadə etməyən şəxslərlə profilaktiki söhbət aparılıb, maskası olmayan şəxslərə tibbi maskalar paylanılıb.

Rayonda nəzarət-profilaktiki tədbirlər çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq profilaktiki tədbirlər davam etdirilir.


Abunəlik