Ramiz Mehdiyevin məzuniyyət şousu: – Önləyici tədbir…

Baxılıb:288
Ramiz Mehdiyevin məzuniyyət şousu: – Önləyici tədbir…

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin məzuniyyətə çıxması barədə xəbər rəsmən təsdiqlənməsə də, bu barədə məlumatları yayılmaqda dama edir.

Yenisabah.az xəbər verir ki, yayılan məlumatlarda AMEA prezidentinin ötən həftədən rəsmi məzuniyyətdə olduğu iddia edilir. Qurumun işçiləri isə Report-a bildirib ki, Ramiz Mehdiyev məzuniyyətdə olmasına rəğmən işə çıxır.

Bəzi iddialara görə, AMEA prezidentinin “məzuniyyət müəmması” onun işdən çıxarılması təhlükəsi ilə bağlıdır. Bildirilir ki, nəvəsinin toyu ilə bağlı qalmaqaldan sonra AMEA prezidentinin tutduğu vəzifədən azad edilməsi gündəmə gəlib. Hakimiyyətə yaxın deputatlar və ictimai-siyasi fəalların da Ramiz Mehdiyevi istefaya çağırması bu ehtimalı gücləndirir.

AMEA prezidenti seçkili postdur. Qurumun ümumi yığıcağında həqiqi, müxbir və xarici üzvlər tərəfindən 5 il müddətinə seçilir. Ramiz Mehdiyevi bu postdan uzaqlaşdırılması iki halda baş verə bilər. Ya özü istefa barədə ərizə yazmalı, ya da AMEA-nın Rəyasət Heyəti ümumi yığıncağ çağıraraq Ramiz Mehdiyevin istefa məsələsini müzakirəyə çıxarmalı və müvafiq qərar çıxamalıdır. AMEA prezidenti məzuniyyətdə olduğu müddətdə isə bu mümkün deyil. Ümumiyyətlə, qanunvericiliyə əsasən məzuniyyətdə olan şəxsin işdən çıxarılması mümkün deyil.

Ehtimal olunur ki, Ramiz Mehdiyev istefaya göndəriləcəyinin fərqində olduğu üçün qabaqcadan məzuniyyətə çıxıb. Bununla da müəyyən qədər vaxt qazanmağa çalışıb.


Abunəlik