“Yanımda yoxsan axı…..-AYGÜN SADİQ

Baxılıb:338
“Yanımda yoxsan axı…..-AYGÜN SADİQ

Gözümün önündədir Yaşanan hər anımız,

İndi yuxularımda Bəzənmiş dörd yanımız,

Görəsən hara getdi Sevinc paylayanımız?

Səni mənə gətirə, Bir gəlib çıxsan axı!

Həsrətimi bilirsən Kədər yaşatma, barı!

Yuxuların içindən Keçib gəl mənə sarı,

Məni sevgin yaşadır, Mənə dayaqsan axı…

Kölgələrdən yığılım, Qayıdım gerçəkliyə,

Məni məhkum eləmə Sənlə dolu təkliyə,

Könül verə bilərdim Bir sevən ürəkliyə,

Amma yox… Bacarmadım,

Könlümün səcdəgahı Bir sənsən, bir də adın…

Mən də sənsiz qəribəm, Sən də yazıqsan axı…

“Mən sağkən dərd eləmə” Deyərdin mənə hərdən,

Ölübsən mi, sevdiyin Gileylənə kədərdən?!

Nəfəsini duyuram- Sən hələ sağsan axı.

Əllərimi uzatdım, Bəlkə tutarsan deyə,

Səni sənsiz yaşatdım Yanımda varsan deyə,

Bu bayram da gözlədim, Gəlib çıxarsan deyə…

Gecələri telefonda Daim ayıqsan axı,

Kim alıb ki yerimi? Niyə soyuqsan axı?

Dalaşmağın yeri yox Bayram günü, əzizim,

Otur maşına, gəl, çıx, Görüm səni, əzizim,

Nə vaxtadək yuxular Qatacaqdır başımı?

Yığışdır yastığımdan Sən adlı göz yaşımı,

İstəmirəm nə yuxu, Nə də sənsiz sabahı…

Bu sabah da tənhayam, Yanımda yoxsan axı…


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir