Qubada özünə XANLIQ QURUB… – İDDİA
Qubanın icra başçısı Ziyəddin Əliyev koronavirusdan pul qazanır- Zərdabi qəsəbəsindəki şadlıq sarayı və Fayton restoranı icra başçısınındır Qubanın icra başçısı Ziyəddin Əliyev uzun illər əsasən yol təmiri, yol tikinti, Avtoyolservis sahəsində çalışıb. İki ildir Qubanın icra başçısıdır. Bu adamın mülklərinin, biznes obyektlərinin siyahısı heç bir kitab-dəftərə sığmır. Ukraynadan tutmuş İngiltərəyə, Türkiyəyə, Avropanın böyük şəhərlərinə qədər Ziyəddin Əliyevin milyonluq mülkləri var. Görəsən bəlli bir maaşla bu adam dəyəri on milyonlar olan bu varidatı necə əldə edib ? Bəlkə xəzinə tapıb ? Bəlkə…
Yox, bu adam milyonları yoldan, daha doğrusu yolsuzluqdan əldə edib. İndi də YOL-dan əl çəkmir. Qubada şəhərdaxili yolları sahibkarların hesabına təmir etdirir, yol saldırır. Dövlətin ayırdığı vəsaiti isə həzm-rabedən keçirir. Bütün bunlar azmış kimi Ziyəddin Əliyev koronovirusdan da pul qazanır. Bəli, virusdan. Qubada koronoavirus fonduna pul keçirməyi sahibkarlardan məcburi tələb edirlər. İcra başçısı bu işi Quba bələdiyyəsinin sədri Anar müəllimə tapşırıb. Kim pul vermirsə işləyə bilməz. Hətta sərt karantin dövründə Azərenerji-nin keçmiş şefi Etibar Pirverdiyevin mağazaları, Şahdağ ticarət mərkəzi gecə-gündüz işləyib. Sabiq ekonazir Hüseynqulu Bağırovun, keçmiş müdafiə naziri Səfər Əbiyevin obyektləri də eləcə. Əsas odur ki, icra başısının pulu verilsin.
Ziyəddin Əliyev son vaxtlar Zərdabi qəsəbəsində böyük bir şadlıq sarayını alıb. Fayton restoranı da icra başçısının obyektidir. İcra başçısı Leyla Şıxlinskaya məxsus SPA Bərpa Mərkəzini də ələ keçirmək istəyir. Bir sözlə Ziyəddin Əliyev Qubanı özəllləşdirib.
”Gündəlik Bakı” qəzeti