Göyçayda dəhşətli hadisə: 23 yaşlı oğlan bayram günü…

Baxılıb:253
Göyçayda dəhşətli hadisə: 23 yaşlı oğlan bayram günü…
Göyçay şəhərinin mərkəzində bayram günü faciə yaşanıb. 
AzTimes.az xəbr verir ki, hadisə bu gün axşam saat 20:00 radələrində Göyçay şəhərinin Nərimanov küçəsində qeydə alınıb.
Rayon sakini, 1996-cı il təvəllüdlü Kərimov Akif Asif oğlu piyada səkisində hərəkət edərkən “Oskar” marketin qarşısındakı irigövdəli cinar ağacının qurumuş budaqlarından biri qəflətən qoparaq onun başına düşüb.
O, ağır kəllə-beyin travması alaraq huşunu itirib. Çoxlu qan itirən Akif Kərimov yaxınlıqdakı insanların köməyi ilə təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına göndərilib, lakin yolda dünyasını dəyişib.
Qeyd edək ki, ötən həftə Göyçay şəhərinin mərkəzində irigövdəli başqa bir çinar ağacı aşaraq avtomobil yolunu bağlamışdı. Həmin hadisə zamanı evlərə və insanlara ziyan dəyməmişdi.

Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir