Millət vəkili: “Ramiz Mehdiyev istefa verməlidir”
“Ramiz Mehdiyev istefa verməlidir”.
AzTimes.az xəbər verir ki, bu fikri millət vəkili Etibar Əliyev sosial media hesabında bildirib.
O, ötən günlərdə nəvəsinə toy məclisi təşkil etmiş AMEA-nın prezidenti Ramiz Mehdiyevə status həsr edib. Statusda deyilir:
O, “Ramiz Mehdiyev pandemiya dövründə ölkənin karantin rejimi qaydalarını kobud surətdə pozduğuna görə AMEA-nın prezidenti vəzifəsindən dərhal istefa verməlidir. Bu hərəkət bütün AMEA əməkdaşları və digər vətəndaşlar üçün çox pis örnək və dövlətin qanunlarına birbaşa sayğısızlıqdır”.(oxu .az)